MaingroupMaingroup

Əlaqə

(+99412) 555 53 21 |  (+99455) 210 83 45
(+99455) 677 76 67 |  (+99450) 960 27 06

Xidmət

 Bazar ertəsi – Şənbə 10:00 – 19:00

E-mail ünvanımız

office@maingroup.az

Xidmət

masin

TƏMİRDƏN SONRA TƏMİZLƏMƏ

Tikinti işlərindən sonra təmizləmə zamanı göstərilən xidmətlər:

  • Təmir işlərinin aparıldığı bütün yerlərdən tikinti zibilinin çıxarılıb daşınması
  • Bütün səthlərin, o cümlədən tavanın tozdan tam təmizlənməsi
  • Divarların, tavanların, mebelin, qapı və istənilən səthlərin tikinti və ya təmir işlərindən sonra qalmış boya ləkələrindən, yapışqandan və digər maddələrdən təmizlənməsi
  • Döşəmələrin, həmçinin xalça örtüklərinin maşınla dərindən təmizlənməsi və qurudulması
  • Bütün şüşə, güzgü və metal səthlərin, pəncərə altıları və çərçivələrinin, çılçıraq və çıraqların yuyulması
  • Bütün növ santexnika məmulatlarının, o cümlədən isitmə sistemi radiatorlarının təmizlənməsi
  • Təmirdən sonra boya, tikinti materialları, yeni mebel, divar kağızı, xalça və s. ilə ifraz edilən zəhərli qoxuların aradan qaldırılması.
img_12

OTAQLARIN GÜNDƏLİK TƏMİZLƏNMƏSİ

Otaqların gündəlik təmizlənməsi zamanı göstərilən xidmətlər:

  • döşəmənin nəm/quru təmizlənməsi;
  • otaqlardan zibilin yığılması və səbətlərdəki zibil üçün paketlərin dəyişdirilməsi;
  • mebelin, pəncərə altılarının, radiatorların, qapıların və digər səthlərin tozdan və çirkdən təmizlənməsi;
  • sanitariya texnikasının təmizlənməsi və dezinfeksiyası (dezodorasiya, sərf olunan materiallar: tualet kağızı, kağız dəsmal, maye sabun, tualet bakları və pissuarlar üçün həblər, unitazlara qoyulan əlavə təbəqələr və s. ilə təminata nəzarət, zibil paketlərinin dəyişdirilməsi);
  • qidalanma zonalarında daimi təmizləmə.

Ofisinizin təmizlənməsini mütəxəssislərə həvalə edin! Bizimlə ofisinizin təmizliyi ideal olacaq!

img_14

ÜMUMİ TƏMİZLƏMƏ (Tam yır-yığış)

Biz otaqların ümumi təmizlənməsi üzrə aşağıdakı işləri görürük:

  • döşəmə örtüklərinin, xüsusi kimyəvi vasitələrdən və təmizləmə texnikasından istifadə etməklə, həmçinin əllə nəm təmizlənməsi;
  • xalça örtüklərinin və yumşaq mebelin tozsoranla vakuum təmizlənməsi;
  • ofis mebelinin əsaslı təmizlənməsi, o cümlədən xüsusi vasitələrlə pardaxlanması;
  • şaquli səthlərin: divarların, şkafların, qapıların silinib təmizlənməsi;
  • şüşə qapıların, arakəsmələrin və güzgülərin təmizlənməsi;
  • xromlanmış və metal səthlərin xüsusi tərkiblərlə pardaxlanması;
  • şüşələrin yuyulması; pəncərə altılarının, elektrik açarlarının və rozetkaların silinməsi;
  • sanitar zonaların təmizlənməsi, o cümlədən dezinfeksiyası, su və sidik daşının təmizlənməsi;
  • mətbəx mebelinin və avadanlığın (mətbəx olan yerlərdə) silinib təmizlənməsi;
  • zibilin daşınıb çıxarılması;

 

12202037_969750419737356_1629018872_n

MƏNZİLLƏRDƏ VƏ OFİSLƏRDƏ PƏNCƏRƏLƏRİN YUYULMASI

Mənzildə pəncərələrin peşəkar yuyulması sadəcə şüşələrin tozdan təmizlənməsi deyil. İşlər kompleksinə aşağıdakılar daxildir:

  • Şüşələrin tozdan və istənilən digər çirkdən təmizlənməsi.
  • Maili səthlərin, çərçivələrin, karnizlərin, novların çirkdən təmizlənməsi.
  • Artıq təmizlənmiş şüşələrin, tez bir zamanda təkrar çirklənməsinin qarşısını alaraq təmizliyini uzun müddətə qoruyub saxlayacaq xüsusi vasitələrlə işlənilməsi.
  • Təmirdən sonra boya, tikinti materialları, yeni mebel, divar kağızı, xalça və s. ilə ifraz edilən zəhərli qoxuların aradan qaldırılması.

Ofislərdə pəncərələrin yuyulması bir neçə mərhələyə bölünür:

  • çirkin səthdən mexaniki yolla təmizlənməsi;
  • şüşənin həm bayırdan, həm də içəridən yuyulması;
  • pəncərə çərçivələrinin və pəncərə altılarının təmizlənməsi;
  • novların təmizlənməsi;
  • yekun mərhələ – qalan nəmliyin aradan qaldırılması.
12188340_969750406404024_37389827_n

FASADLARIN YUYULMASI

Fasadların yuyulması evin və ya biznes binasının eksteryerinin təmizliyini təmin edir. Təmiz pəncərələr  yalnız təmiz fasadda yaxşı görünəcək. Fasadların yuyulması binanın üzlük materialından asılı olaraq seçilən xüsusiləşdirilmiş təmizləyici vasitələrdən istifadəni tələb edir.

Müxtəlif tərkiblərin tətbiqi müxtəlif şəraitdə fərqli təsirlə əsaslandırılıb və işlənilən səthlərin xarici görünüşünün qorunub saxlanılması üçündür.

Fasadların yuyulması üçün, işlənilən səthdən asılı olaraq, yuyucu vasitələrin xüsusiləşdirilmiş tərkibləri seçilib uyğunlaşdırılmalıdır. Bu zaman diqqətli münasibət və təmizlik əsas götürülür. Bizim seçdiyimiz vasitələrə görə rahat ola bilərsiniz, çünki biz ilk növbədə keyfiyyətin qeydinə qalırıq.

Fasadların yuyulması prosesində təmiz fasadın fonunda önə çıxan dekorativ elementlərə xüsusi diqqət yetirilir.

12205012_969750416404023_1521813031_n

ALPİNİZM İŞLƏRİ

Alpinizm hərəkət üsullarının köməyi ilə aparılan işlərin əsas növləri aşağıdakılardır:

  • çoxmərtəbəli binaların şüşə sahələrinin yuyulması;
  • fasadların təmizlənməsi;
  • metal konstruksiyaların boyanması;
  • fasadların isidilməsi;
  • damların qardan və buz lülələrindən təmizlənməsi;
  • dam və digər montaj işləri.
mebel

YUMŞAQ DÖŞƏMƏ ÖRTÜKLƏRİNİN TƏMİZLƏNMƏSİ

Xalçaların quru təmizlənməsi yuyucu maşınla və toz və su soranla həyata keçirilir, kiçik və orta dərəcəli cirklənmə zamanı tətbiq edilir. Xalçaların quru təmizlənməsi prosesi ondan ibarətdir ki, əvvəlcədən hazırlanmış və nisbətən quru olan köpük bütün xalçaya çəkilir. Köpük xalçada olan çirki həll edir və qısa bir müddətdən sonra əriyib yox olur. Bu üsulun xüsusiyyəti ondan ibarətdir ki, xalçanız artıq 2 saatdan sonra tamamilə quru olacaq.

Xalçaların nəm təmizlənməsi – az köpüklənən şampundan, rotor və ekstraktor maşınından istifadə etməklə xalçaların dərindən  təmizlənməsidir. Bu üsulla təmizləmə zamanı  yuyucu məhlul güclü mexaniki təsir  altında xalça boyunca yayılır və xalça örtüyünü, hətta lap çox çirkləndikdə belə, tam təmizləməyə imkan verir. Ekstraktor vasitəsilə təmizləmə zamanı xalça daha dərindən təmizlənir, lakin bu zaman xalça daha gec quruyur.

Biz yumşaq döşəmə örtüklərini ildə ən azı 3-4 dəfə təmizləməyi tövsiyə edirik.

BƏRK DÖŞƏMƏLƏRİN TƏMİZLƏNMƏSİ

Bərk döşəmələrə aşağıdakılar aid edilir:

  • təbii daşdan (mərmər, qranit) döşəmələr
  • parket lövhəsi, linoleum,vinil ilə örtülmüş döşəmələr
  • kafeldən döşəmələr

Biz aşağıdakı işləri görürük:

  • döşəmənin dərin çirkdən təmizlənməsi
  • daş döşəmə səthinin cilalanması
  • büllurlaşdırma (mərmərdən olan döşəmələr üçün)
  • pardaxlama, örtüyə yenidən parlaqlığın qaytarılması
  • qoruyucu örtüklərin quraşdırılması və onlara qulluq

MEBELİN TƏMİZLƏNMƏSİ

Biz sifarişçiyə kimyəvi təmizləmə prosesində materialların strukturunun və parçanın rənginin  qorunub saxlanılmasına zəmanət veririk. İstənilən dərəcədə çətin təmizlənən ləkələr, heyvan qoxuları və estetik cəhətdən xoşagəlməz olan çirklənmələr aradan qaldırılacaqdır və nəticədə mebeliniz ən qısa müddətdə əvvəlki görünüşünü özünə qaytaracaq.

  • təbii materiallardan (dəri, zamşa, nubuk) olan mebelin – divanların, kresloların və stulların təmizlənməsini;
  • dəri və süni materiallardan (dermatindən) olan mebelin təmizlənməsini.
img_02

XALÇALARIN KİMYƏVİ TƏMİZLƏNMƏSİ

Adətən xalçaların kimyəvi təmizlənməsi bir neçə mərhələyə həyata keçirilir. Birinci və ikinci mərhələ mütəxəssis tərəfindən xalçanın tipinin, çirklənmə dərəcəsinin öyrənilməsi və təmizləmə üsulunun və yuyucu vasitələrin seçilməsindən ibarətdir. Sonra təmizlik xidmətləri şirkətinin əməkdaşı təmizləmə üçün məhlulu xalça örtüyünün üzərinə çəkir və ekstraktor vasitəsilə xalça örtüyünü bütün çirkdən və tozdan sovuraraq təmizləyir. Bu prosedur xalçanın çirklənmə dərəcəsindən asılı olaraq və lazımi nəticəyə nail olanadək bir neçə dəfə təkrarlana bilər.  Növbəti mərhələ xalça örtüyünün yuyucu tərkiblərdən yuyulub təmizlənməsini nəzərdə tutur.

Təcrübəli əməkdaşlar tərəfindən aparılmış xalçaların keyfiyyətli və sürətli şəkildə kimyəvi təmizlənməsi istənilən xalça örtüyünə xoş və əla görünüş bağışlayacaq.

slider3

YANAŞI ƏTRAF ƏRAZİNİN TƏMİZLƏNMƏSİ

Şirkətimiz ərazilərin təmizlənməsi üzrə bütöv bir xidmətlər spektrini təqdim edir:

Yaz-yay dövründə:

  • ərazidəki zibilin təmizlənməsi;
  • zibil qutularının boşaldılması;
  • zibilin daşınması;
  • tava daşı örtüyünün quru və/və ya nəm işlənməsi;
  • qazonların, güllüklərin qırxılması və suvarılması.

Payız-qış dövründə:

  • tökülmüş yarpaqların və quru otun yığışdırılması və daşınması;
  • qarın və buzun təmizlənməsi; yolların sırsıraya qarşı xüsusi reagentlə örtülməsi;
  • buz lülələrinin aradan qaldırılması və damların təmizlənməsi;
  • pilləkənlərin, giriş qruplarının və səkilərin təmizlənməsi;
  • ərazidəki qarın və zibilin maşına yüklənib daşınması.

ÜMUMİ TƏMİZLƏMƏ

Otaqların təmizlənməsi xüsusi avadanlıqdan, inventardan və peşəyə uyğun yuyucu vasitələrdən istifadə edilməklə yerinə yetirilməli olan bütöv bir tədbirlər kompleksidir. Bu cür təmizləmə mənzildə, kottecdə və ya ofisdə müstəqil şəkildə aparıldıqda, o bir neçə günə uzanıb əsl əzaba çevrilə bilər. Biz bu cür işi bir neçə saat ərzində otaqda səliqə-səhman yaradıb, onu ideal vəziyyətə gətirə biləcək peşəkarlara həvalə etməyinizi tövsiyə edirik.

Biz otaqların ümumi təmizlənməsi üzrə aşağıdakı işləri görürük:

  • döşəmə örtüklərinin, xüsusi kimyəvi vasitələrdən və təmizləmə texnikasından istifadə etməklə, həmçinin əllə nəm təmizlənməsi;
  • xalça örtüklərinin və yumşaq mebelin tozsoranla vakuum təmizlənməsi;
  • ofis mebelinin əsaslı təmizlənməsi, o cümlədən xüsusi vasitələrlə pardaxlanması;
  • şaquli səthlərin: divarların, şkafların, qapıların silinib təmizlənməsi;
  • şüşə qapıların, arakəsmələrin və güzgülərin təmizlənməsi;
  • xromlanmış və metal səthlərin xüsusi tərkiblərlə pardaxlanması;
  • şüşələrin yuyulması; pəncərə altılarının, elektrik açarlarının və rozetkaların silinməsi;
  • sanitar zonaların təmizlənməsi, o cümlədən dezinfeksiyası, su və sidik daşının təmizlənməsi;
  • mətbəx mebelinin və avadanlığın (mətbəx olan yerlərdə) silinib təmizlənməsi;
  • zibilin daşınıb çıxarılması;
 

Müştərilərimiz

Haqqımızda

“MAIN GROUP” Təmizlik Xidmətləri Şirkəti daşınmaz əmlak obyektlərinə kompleks şəkildə təmizlik xidmətlərinin göstərilməsi sahəsində dinamik inkişaf edən uğurlu bir şirkətdir. “MAIN GROUP” Şirkəti bizə həvalə olunmuş obyektin təmizliyi və təravətinin təminatçısı qismində çıxış edir. Daima təkmilləşərək, biz əsas vəzifəmizi göstərdiyimiz xidmətlərin keyfiyyətinin artırılmasında görürük.

Biz AVROPA standartları (First class) səviyyəsində işləyirik. Həmçinin qiymət siyasətinin xidmətlərin keyfiyyəti ilə ideal, bərabər uyğunlaşmasına çalışırıq.Fikrinizi biznesinizdə cəmləşdirin, qalan məsələləri biz öz üzərimizə götürürük. Şirkətimiz hər bir müştəri üçün fərdi təkliflər işləyib hazırlayır. Biz yalnız müasir, xüsusi peşə və sertifikatlaşdırılmış avadanlıqdan istifadə edirik.

 

Bizimlə Əlaqə

Zəhmət olmasa, əlaqə forumundan istifadə etdikdə xanaları aydın və tam doldurun.

Adınız (vacibdir)

E-mail (vacibdir)

Telefon

Mövzu

Xidmət vaxtımız

Gün : Bazar ertəsi - Şənbə

Saat :  10:00 – 19:00